İstanbulda faciəvi hadisə – 3 uşaq yanaraq öldü

İstanbulda azyaşlıların ölümü ilə nəticələnən yanğın baş verib.

Beyoğlu Tarlabaşında 4 mərtəbəli binanın ən üst mərtəbəsində yerləşən mənzildə yanğın qeydə alınıb. İlkin məlumata görə, yanğın əsnasında 3 uşaq ölüb.

Hadisə yerinə çox sayda yanğınsöndürmə, təcili yardım maşınları və polis heyəti cəlb edilib.

Yeniçağ.az