İstanbulda FETÖ əməliyyatı: Saxlanılanlar var

İstanbul polisi FETÖ terror təşkilatına qarşı əməliyyat keçirib.

Yenicag.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun FETÖ/PDY terror təşkilatına qarşı apardığı əməliyyatlar çərçivəsində Dəniz Qüvvələri Komandanlığına aidiyyatı olan şəxslər tutulub.

Belə ki, İstanbulun 9 fərqli bölgəsində 6-sı zabit, 20-si astsubay və 7-si Hərbi-Dəniz Qüvvələri Komandanlığının üzvü olduğu təsbit edilən 33 şübhəli saxlanılıb.