İstanbulda güclü partlayış: ÖLƏN VƏ YARALANANLAR VAR

Türkiyədə güclü partlayış baş verib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, hadisə İstanbul şəhərində yaşanıb. Buna səbəb dördmərtəbəli binanın zirzəmisində qaz sızması olub. Partlayış nəticəsində 1 nəfər ölüb, 5-i isə yaralanıb.

Hadisə yerinə aidiyyati qurumlar cəlb edilib.