İstanbulda güclü yanğın baş verdi – FOTO

Türkiyənin İstanbul şəhərində beşmərtəbəli binanın damənda güclü yanğın baş verib.

Yenicag.az xəbər verir ki, yanğın baş verən bina Üsküdar rayonunda yerləşir. Yanğın ətrafdakı binaların sakinləri arasında təlaş yaradıb.

Bildirilir ki, hadisə yerin çox sayda yanğınsöndürənlər cəlb edilib. İnsident nəticəsində bir neçə nəfərin tüstüdən zəhərləndiyi bildirilir./Trend/