İstanbulun Bayrampaşa səmtindəki Kilimçiler sənaye şəhərciyində güclü yanğın başlayıb.
Virtualaz.org “Habertürk”ə istinadən xəbər verir ki, ətraf ərazilərdə yerləşən yanğınsöndürmə stansiyalarından, demək olar ki, bütün xilasedici heyətləri bu istiqamətə yönəldilib.
Yanğının 4 mərtəbəli plastik məmulatlar fabrikində başlandığı bildirilir.
Yanğın yerindən çıxan tüstünün İstanbulun bir çox səmtlərindən göründüyü deyilir.
www.yenicag.az