İstanbulda hərbi poliqon yandı

Türkiyənin hərbi poliqonda yanğın hadisəsi baş verib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, yanğın İstanbul şəhərində yerləşən poliqonların birində yaşanıb.

2 hektar ərazidə baş vverən yanğın zamanı ərazidə hərbi təlim keçirilib.

Əraziyə çox sayda təhlükəsizlik və yanğınsöndürmə briqadaları cəlb edilib.

Xəsarət alan yoxdur.