İstanbulun Beşiktaş şəhərindəki İsrail konsulluğu qarşısında insident yaşanıb.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, naməlum şəxs İsrailin Qəzzaya hücumlarına etiraz etmək üçün ov tüfəngi ilə havaya atəş açıb. Uzun müddət təhlükəsizlik qüvvələrinə müqavimət göstərən fəal xüsusi əməliyyat polisi tərəfindən saxlanılıb.