İstanbulda keçirilən festivalda Azərbaycan imzası – VİDEO

İstanbulun “Leyla Gencer” konsert salonunda beynəlxalq uşaq və gənclərin musiqi festivalı keçirilib. İki gün davam edən festival qala gecə ilə yekunlaşıb. Yarışmada ölkəmizi “Hazarfem” dərnəyinin rəqs qrupu təmsil edib.

Yenicag.az xəbər verir ki, “Qoldenfest” uşaq və gənclərin musiqi festivalında Türkiyə, Azərbaycan və Ukraynadan rəqs qrupları iştirak ediblər. Festival Ukraynanın İstanbuldakı konsulluğu və Bakırköy bələdiyyəsinin birgə təşkilatçılığı ilə reallaşıb.

“Hazarfem” dərnəyinin rəqs qrupunun ifasında təqdim olunan “Çobanlar”, “Naz eləmə” və “Qafqaz” rəqsləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

İTV-nin Türkiyə bürosunun üzvü Səma Hüseynova festivalın münsiflər heyətində təmsil olunub.

Müxtəlif nominasiyalarda mükafatlandırılan kollektivlərdən biri də Ukraynanın “Sehirli köpü” uşaq tədris mərkəzinin “Modniki” rəqs qrupu olub. Mükafatı Azərbaycan təmsilçisi S.Hüseynova təqdim edib.

COP29