İstanbulda mədəniyyət mərkəzində yanğın: Bina tanınmaz hala düşdü – FOTO/VİDEO

Türkiyənin İstanbul şəhərində, Esenyurt səmtində yerləşən mədəniyyət mərkəzində naməlum səbəbdən yanğın baş verib.

Yenicag.az xəbər verir ki, binanın çöl hissəsində və damında başlayan yanğın nəticəsində güclü tüstü dumanı yaranıb.

Hadisə yerinə xilasedicilər, tibb işçiləri və polis qrupları cəlb ediliblər.

Yanğın söndürülüb, lakin binaya böyük ziyan dəyib.

Hadisə yerində işlər davam etdirilir.

Mənbə: TRT Haber