İstanbulda metrobus girov götürüldü: Xüsusi təyinatlılar hadisə yerində

Türkiyənin İstanbul şəhərində naməlum şəxs metrobusu girov götürüb.

Yenicag.az xəbər verir ki, hadisə Avcılar istiqamətində hərəkət edən metrobusda baş verib.

İlkin məlumata görə, metrobus girov götürülərkən sürücü cəld davranaraq sərnişinləri təxliyə etməyi bacarıb.

Hadisə yerinə xüsusi təyinatlılar gəlib. Aydın olub ki, metrobusu girov götürən şəxs narkotik aludəçisidir. O, boğazına kəsici alət diriyərək narkotik maddə tələb edib.

Psixoloji söhbətlə onu fikrindən daşındırmaq mümkün olub.

Şəxs daha sonra xəstəxanaya aparılıb.