İstanbulda metrobus hündürlükdən aşdı: yaralananlar var – Fotolar

147344_res_01İstanbulun Zeytunburnu rayonunda Zincirlikuyu-Avcılar istiqamətində hərəkət edən metrobusun 5 metr yüksəklikdən aşması nəticəsində ikisi ağır olmaqla 10 nəfər yaralanıb.

Türkiyə KİV xəbər verir ki, qəza anında metrobusda 20 sərnişin olub.

Hadisə Zeytunburnu rayonunun Cevizlibağ məntəqəsində baş verib.

Hadisənin baş verməsinə ilkin səbəb olaraq, metrobusun sürücüsünün yatması göstərilib.