İstanbulda meymun insanlara hücum etdi, xəsarət alanlar var – VİDEO

İstanbulda küçədə gəzən meymun yoldan keçənlərə hücum edib.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, sahibindən qaçan meymun 3 nəfərə ziyan vurub. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

Meymunun sahibi olduqlarını iddia edənlər meymunu küçədən götürərək gözdən itiblər.