!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbulda milyonlarla insan küçələrə çıxdı – Foto(Yenilənib)

!Reklam – Yazi

mitinq 1“Demokratiya və şəhidlər” şüarı ilə keçiriləcək mitinq iyulun 15-də Türkiyədə törədilən dövlət çevrilişi cəhdinə qarşı həmrəylik məqsədi daşıyır.

İstanbulun “Yenikapı” meydanında ümumxalq mitinqi başlayıb.

Mitinq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, CHP Başkanı Kəmal Kılıçdaroğlu və MHP lideri Dövlət Bahçelinin birlikte iştirak edəcəyi ilk miting olacaq.

“Demokratiya və şəhidlər” şüarı ilə keçiriləcək mitinq iyulun 15-də Türkiyədə törədilən dövlət çevrilişi cəhdinə qarşı həmrəylik məqsədi daşıyır. Artıq mitinq meydanına insan seli axmaqdadır.

Ölkə müxalifətini təmsil edən Cümhuriyyət Xalq və Millətçi Hərəkat partiyaları Türkiyə dövlətçiliyi naminə mitinqə qatılmaq təklifini qəbul ediblər. Razılıq əldə olunub ki, mitinqdə siyasi ayrı-seçkilik şüarları səsləndirilməyəcək.

Bu mitinq Türkiyədə siyasi partiyaların birgə iştirak etdikləri ən böyük həmrəylik mitinqi kimi xarakterizə olunur. Mitinqə 5 milyona yaxın insanın qatılacağı gözlənilir.

Xarici və yerli KİV-lər mitinq yerindən birbaşa reportajlar yayırlar. Ankarada və ölkənin digər böyük şəhərlərində də həmrəylik mitinqləri təşkil olunub.

***

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun “Yenikapı” meydanında keçirilən “Demokratiya və Şəhidlər mitinqi”nə xanımı Əminə Ərdoğanla qatılıb.

Ərdoğan mitinqə helikopterlə gəlib.

Mitinqdə ölkənin ictimai, siyasi xadimləri, müxalifət liderləri də iştirak edir.

***

Bu gün İstanbulun ən böyük mitinq meydanlarından biri olan “Yenikapı”da təşkil edilən “Demokratiya və Şəhidlər mitinqi”ndə Azərbaycan bayrağı dalğalanıb.

Mitinqə qatılanlara kürsüdən Türkiyə bayrağından başqa digər ölkə və siyasi partiya bayraqlarının yığışdırılması anons edilib.

Məlumata görə, meydanda Azərbaycan, Əfqanıstan, Albaniya və hətta Azad Suriya Ordusunun bayrağı nəzərə çarpıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iş adamları ilə keçdirdiyi iclas zamanı avqustun 7-də təşkil olunacaq mitinqdə Türkiyə bayrağından başqa Şimali Kipr Türk Cumhuriyyəti və Azərbaycan bayraqlarının da mitinqdə dalğalana biləcəyini vurğulamışdı.

***

Mitinqdə 5 milyon adamın iştirak etdiyi açıqlanıb.

***

Mitinqdə türk bayraqları ilə yanaşı yalnız Azərbaycan Respublikasının bayrağının dalğalanmasına icazə verilib. Bir neçə yerdə isə türkmən bayraqları olub. Partiya bayraqlarına icazə verilməyib.

 

https://youtu.be/_zHUpMlbEgE

https://youtu.be/u47-sL3RxcA

13879197_10210044536021110_5870337338904674509_n 13882596_10210044535501097_7648859240596060783_n 13882602_10210044536981134_1455579973025917660_n 13938568_10210044537061136_7068467452974479251_n

www.yenicag.az

682
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv