İstanbulda nümayişlər zamanı 140-dan çox adam SAXLANILDI

İstanbul polisi Taksim meydanı yaxınlığında 140-dan çox adamı saxlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, Türkiyə paytaxtının hakimiyyəti Taksimdə həmkarlar ittifaqları və siyasi partiya nümayəndələrinin 1 May nümayişlərini qadağan edib, meydanı hasarlarla bağlayıb və perimetr boyu gücləndirilmiş təhlükəsizlik qüvvələrini yerləşdirib. Qeyd olunur ki, ümumilikdə 70-ə yaxın küçə və meydana gedən yollar isə nəqliyyatın hərəkəti üçün bağlanıb.

Taksimdə dinc yürüşün qarantı olmaq istəyən Türkiyənin ana müxalifəti Cümhuriyyət Xalq Partiyasının lideri Özgür Özəl şəhər rəhbərliyinin 1 Mayın qeyd olunmasını qadağan etdiyini, bununla da qanunu və Konstitusiyanın qərarını pozduğunu bildirib.

COP29