!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbulda Nuru Paşa parkı açılır – Bakı nəyi gözləyir?

!Reklam – Yazi

Türkiyədə Qafqaz İslam Ordusunun əfsanəvi komandanı Nuru Paşanın adının əbədiləşdirilməsi istiqamətində əməli addımlar atılır.

Yeniçağ.Az xəbər verir ki, 1918-ci il sentyabrın 15-də Bakını bolşevik-daşnak işğalından azad etmiş Qafqaz İslam Ordusunun əfsanəvi komandanı Nuru Paşanın adına İstanbulun Bəyoğlu səmtindəki Sütlücə ərazisində park salınacaq.

Bu barədə Yeniçağ.Az-ı məlumatlandıran mənbənin sözlərinə görə, Nuru Paşanın adının əbədiləşdirilməsi üçün edilən cəhdlər nəhayət, öz səmərəsini verib:

“Türkiyədə silah sənayesinin qurucusu olan Nuru Killigilin Sütlücədə yerləşən və 1949-cu il martın 2-də baş vermiş partlayış zamanı havaya sovrulan silah zavodunun ərazisi İstanbul Böyük şəhər Bələdiyyəsinin mülkiyyətindədir və həmin sahənin “Nuri Killigil Parkı” adlandırılması üçün bürokratik prosedurlar həyata keçirilirdi.

Haliç sahilindəki ərazidə Nuru Killigil Parkının salınması xəbərini alan müasir Türkiyə silah sənayesinin hakimiyyətə yaxınlığı ilə seçilən bir təmsilçisi vasitəçi kimi bürokratik maneələrin aradan qaldırılmasını təmin edib. İşlərin qısa müddətdə sürətlə tamamlanması, parkda hündürlüyü 10 metr olan iki dirəkdə Türkiyə və Azərbaycan bayraqlarının asılması, girişə isə “Nuru Killigil Parkı” yazılmış lövhənin vurulması planlaşdırılır. Nuru Paşa və silahdaşlarının İstanbulun “Edirnekapı Şəhidliyi”ndəki məzarlarına qoyulmuş ad lövhələri də Nuru Killigil Parkında yerləşdiriləcək. Parkın martın 2-nə nəzərdə tutulan açılış mərasimindən əvvəl Nuru Paşanın “Edirnekapı Şəhidliyi”ndəki məzarı ziyarət edilərək, dualar oxunacaq. Nuru Killigil Parkının açılış mərasimində hərbi orkestr Türkiyə və Azərbaycan dövlət himnlərini ifa edəcək. Eyni zamanda, yüksək vəzifəli məmurlar və hərbçilər Nuru Paşa haqqında nitq söyləyəcəklər”.

Etibarlı mənbənin dediyinə görə, Nuru Paşa Parkı öz formasına görə Ədalət və İnkişaf Partiyası (AKP) İstanbul Vilayət Qərargahının qarşısındakı parkına bənzəyir.

Qeyd edək ki, Qafqaz İslam Ordusu və Nuru Paşa şəxsiyyəti Azərbaycanda çox uca tutulur və xalq öz qəhrəman xilaskarlarını hər zaman rəğbətlə yad edir. Araz və Zərdüşt Əlizadələrin, digərlərinin Türkiyənin, Nuru Paşanın timsalında ortaq qəhrəmanlarımızın ünvanına səsləndirdikləri hədyanlara baxmayaraq, həqiqi vətənpərvərlər öz düşüncələrini dəyişmirlər. Azərbaycanın istənilən bölgəsində kimdən soruşsan, Nuru Paşa haqqında bir xilaskar kimi danışacaq. Təəssüf ki, 99 il il əvvəl minlərlə türk əsgərinin qanı bahasına azad etdiyi Bakıda Nuru Paşanın adı hələ də əbədiləşdirilməyib. Paytaxtda park , küçə və prospekt bir yana, heç kiçik bir dalanı da Nuru Paşanın adına layiq görməyiblər. Ancaq tarix ibrətlərdən ibarətdir. Heç şübhə etmirik ki, Azərbaycanda da eyni addımlar atılacaq və Bakı fatehinin adı öz dəyərini tapacaq.

Yeniçağ.Az

www.yenicag.az

881
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv