İstanbulda “Odlar Yurdu Azərbaycan” adlı təqdimat – FOTOLAR

“İslahatçı Gənclər” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə İstanbul Aydın Universitetində (İAU) xarici tələbələr üçün “Odlar Yurdu Azərbaycan” adlı təqdimat keçirilib.

Yenicag.az xəbər verir ki, 30 ölkədən 50-dən çox xarici tələbənin qatıldığı təqdimatda Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri, turizim potensialı, keçmişi və bu günü haqqında məlumatlar verilib, tələbələrin təqdimatında maraqlı sənədli filmlər nümayiş olunub. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri özündə əks etdirən filmin nümayiş etdirilib.

Birliyin sədri Fərid Şahbazlı çıxışında bildirib ki, hazırda Türkiyədə təhsil alan 80 mindən artıq xarici tələbə həmçinin təmsil etdikləri ölkələrin könüllü elçiləridir: “Bu mənada biz xarici tələbələr arasında Azərbaycan həqiqətlərinin təbliğ edilməsinə, onlara ölkəmizin turizim potensialı haqqında məlumatların verilməsinə çalışmalıyıq. Belə təqdimatları Türkiyənin digər universitetlərində də təşkil etməyi planlaşdırırıq”.

İstanbul Ayın Universitetinin beyəlxalq əlaqələr üzrə direktoru Selman Aslanbaş Azərbaycan və Türkiyə arasındakı tarixi dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə diqqət çəkərək Azərbaycanla bağlı çoxsaylı tədbirlərin keçirilməsində maraqlı olduqlarını bildirib.

Onun sözlərinə görə, hazırda İAU-da 200-dən artıq azərbaycanlı gənc təhsil alır və onlar ali təhsil müəssisəsinin nümunəvi tələbələridir: “Biz iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın daha da genişlənməsində maraqlıyıq. Bu məqsədlə oktyabrın 5-dən 7-dək Bakıda keçiriləcək Beynəlxaq Təhsil Sərgisində Türkiyəni təmsil edəcəyik”.

COP29