İstanbulda partlayış – Ölən var

Türkiyənin İstanbul şəhərində yaşayış binalarının birində partlayış baş verib.

Yenicag.az-ın məlumatına görə, partlayışdan sonra binada yanğın başlayıb.

Hadisə nəticəsində bir nəfər ölüb.

Məlumata görə, partlayışa qaz sızması səbəb olub.

Binanın sakinləri təxliyə edilib.