İstanbulda partlayış: Ölən və yaralananlar var

Türkiyənin İstanbul şəhərində güclü partlayış baş verib.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, Esenler rayonunun sənaye bölgəsində baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

Xəsarət alanlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilib. Əraziyə çox sayda polis əməkdaşları, təcili tibbi yardım heyəti və yanğınsöndürənlər cəlb olunub. Hadisəyə ilkin səbəb kimi oksigen balonunun partlaması göstərilir.