İstanbulda partlayış – Yaralananlar var

Türkiyənin İstanbul şəhərində partlayış hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, səhər saatlarında Qaziosmanpaşa rayonundakı binanın qarşısında baş verən partlayış nəticəsində 2 nəfər yaralanıb.

Kağız toplamaqla məşğul olan ana və qızı yaşadıqları binanın qarşısına gələrək tapdıqları konserv qutusunu açarkən partlayış olub.

Yaralanan qadın və qızı xəstəxanaya yerləşdirilib.

Polis araşdırma aparır.