İstanbulda partlayış: Yaralılar var

Türkiyədə İstanbul şəhərinin Bağçılar rayonunda 3 mərtəbəli binanın zirzəmisində partlayış baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, partlayışdan sonra yanğın baş verib. Hadisə zamanı 5 nəfər xəsarət alıb.

Partlayışın hansı səbəbdən baş verdiyi məlum deyil./axar.az