İstanbulda PKK-ya qarşı xüsusi əməliyyat

106116_res_01PKK terror təşkilatının gənclər qolu YDG/H-yə qarşı İstanbulun 13 qəsəbəsində keçirilən əməliyyat çərçivəsində 15 nəfər saxlanılıb.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, əməliyyatda polis helikopterləri və Xüsusi Təyinatlı Polis Dəstəsinin əməkdaşları iştirak edib.

Polisindən saxlanılanların terror aktı törətməyə hazırlaşdıqları bildirilib.

Axtarış aparılan ünvanlardan xeyli sayda silah-sursat aşkarlanıb.