İstanbulda polis bölməsini partlatdılar – Ölən var

9e3051dee396396d47379c60e1c0e83fPartlayıcı quraşdırılmış avtomobil polis bölməsində partladılıb

İstanbulda polis bölməsinə silahlı hücum olub.
Yenicag.az APA-ya istinadən xəbər verir ki, bu gecə yerli vaxtla saat 01.00 radələrində partlayıcı qurğu quraşdırılmış avtomobil Sultanbəyli rayonunda polis bölməsinin binasında partladılıb. Nəticədə 3-ü polis olmaqla 10 nəfər xəsarət alıb. Polis əməkdaşları hücumçulara cavab atəşi açıblar.

Türkiyə mətbuatının yaydığı xəbərə görə, hazırda atışma davam edir. Avtomobili partladan terrorçunun hadisə yerində öldüyü bildirilir.

Polis bölməsinin binasına, ətrafdakı evlərə və avtomobillərə ciddi ziyan dəyib.

İlkin məlumatlara görə, terror hadisəsini PKK törədib.

İstanbul Əmniyyət Müdirliyinin (Polis İdarəsi) yaydığı xəbərdə bildirilir ki, yaralananlardan biri rəis müavini, ikisi polis əməkdaşı, yeddisi mülki şəxsdir.