Reklam

Reklam
img1822157 (1)İranda Azərbaycan türklərinə qarşı törədilən qanlı 2006-cil il 22 may hadisələrinin 9-cu ildönümü ilə əlaqədar olaraq İstanbulda geniş anım tədbiri keçirlirb.
Tədbir Güney Azərbaycan Milli Oyanış Hərəkatı (GAMOH) ilə Milli Məfkurə Birliyinin təşkilatçılığı ilə baş tutub.
Keçirilən anım mərasimində Türkiyədə mühacirətdə olan, Milli Fəallar və Güney Azərbaycan Milli Oyanış Hərəkatının əsas üzvlərindən olan Elyar Makuyi, Mehdi Nəimi, Ağrı Qaradağlı çıxış ediblər.
Milli fəallar bildiriblər ki, 2006-cı ilin may ayında İran dövlətinin rəsmi mətbuat orqanı olan “İran” qəzeti azərbaycan türklərini aşağılayan karikaturalar yaydıqdan sonra may qiyamının qığılcımı başlayıb. Karikaturadan məlum olub ki, bir uşaq bir hamam böcəyinə verdiyi farsca suallara hamam böcəyi türkcə cavab verib. Karikatura ilə birlikdə yayılan yazıda bu “dilbilməz” böcəkləri, yəni türkləri aradan qaldırmaq yolları müzakirə edilib.
Olaydan sonra Təbriz və Urmiyə universitetlərində başlayan tələbə aksiyaları sonradan Güney Azərbaycanının muxtəlif şəhərlərində kütləvi etirazlara çevrilib. Etiraz aksiyalarında “Azərbaycan miləti – çəkə bilməz bu zilləti!”, “Haray, haray mən Türkəm!”, “Mənim dilim ölən deyil, başqa dilə dönən deyil!”, “Türk dili rəsmi olsun!”, “Azərbaycan oyaqdı, öz dilində dayaqdı!” və “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!” kimi şüarlar səsləndirilib.
Çox təəssüf ki, bu hadisələr qurbansız ötüşməyib. İğtişaşlar zamanı İran polisi tərəfindən açılan atəş nəticəsində 20-dən çox nümayişçi həlak olub, çoxlu sayda azərbaycanlı yaralanıb, onlarla adam həbs edilib.
Mərasimin sonunda “Türkün türkdən başqa dostu yox” şüarı altında tədbirdə əməyi keçən hər kəsə, o cümlədən, Milli Məfkurə Birliyinin üzvlərinə, eləcə də Halit Gökalpa, Səlim Uysala və digər nüfuzlu şəxslərə təşəkkür edilib(musavat).

 

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 299
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."