İstanbulda sərnişin avtobusu dənizə düşdü – FOTO/VİDEO

Türkiyənin İstanbul şəhərində, Eminönü rayonunda, metronun “Haliç” stansiyasının yaxınlığında dayanan sərnişin avtobusu dənizə düşüb.

Yenicag.az xəbər verir ki, avtobus boş olub və içində sərnişin olmayıb.

Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb ediliblər.

Mənbə: Haber Global