İstanbulda SU QITLIĞI: “Avtomobillərinizi və xalçalarınızı yumayın” – Əhaliyə XƏBƏRDARLIQ

Gündə təxminən 3,5 milyon ton su istehsal edən İstanbulda bəndlərin doluluq nisbəti yüzdə 30-a düşüb.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, mütəxəssislər mövcud vəziyyətlə əlaqədar əhalini xəbərdar edərək maşın və xalçalarını yumamaqlarını tövsiyə edib.

Quru yay mövsümündən sonra İstanbulun bəndlərində su yarıya qədər azalıb. Pabuçdərə və Büyükçəkməcə adlanan bəndlərində su, demək olar ki, yox vəziyyətindədir.

Mütəxəssislər hesab edirlər ki, suya qənaət edilərsə, yağışlar başlayana qədər İstanbulda su qıtlığı olmayacaq.

Sadiq Cavadov