Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

İstanbulda tarixi zirvə başladı

Reklam: High Technic

İstanbulda Suriya məsələsi ilə bağlı dördtərəfli zirvə görüşü başlayıb.

Yenicag.az xəbər verir ki, Almaniya kansleri Angela Merkel, Rusiya Prezidenti Vladimir Putin və Fransa Prezidenti Emmanuel Makron zirvə görüşündə iştirak etmək üçün İstanbula gəliblər.

Sammitdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya, Rusiya və Fransa liderləri ilə ikitərəfli görüşlər keçirib.

İstanbul görüşündə Suriyada siyasi nizamlama prosesi, təhlükəsizlik və sabitliyi möhkəmləndirmək istiqamətində gələcək addımlar, qaçqınların geri qayıtması üçün şərait yaradılması və ölkənin sosial-iqtisadi infrastrukturunun bərpası barədə fikir mübadiləsi aparılması planlaşdırılır.

Zirvə görüşünü açan Türkiyə lideri R.T.Ərdoğan bütün dünyanın gözünün hazırda bu toplantıda olduğunu deyib.

“Səmimi və anlayışlı davranmaqla, dünyanın bu gözləntisini doğrultma fürsətimiz var. Putinlə bu mövzuda daha öncəki görüşlərimizdə müzakirə apardıq. Makron və Merkellə də yaxın təmasda olmağa, onları proseslə bağlı daim məlumatlandırmağa çalışdıq”.

 

 

www.yenicag.az

1571
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100