İstanbulda təhlükəsizlik idarəsinin binası atəşə tutulub

İstanbulda naməlum şəxslər təhlükəsizlik idarəsinin binasını qumbaraatandan atəşə tutub.

Yeniçağ.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, insident Vətən prospektində qeydə alınıb.

İlkin məlumata görə, hadisə nəticəsində zərərçəkən olmayıb. Hadisə yerinə xeyli sayda polis cəlb edilib. Cinayətkarların tutulması istiqamətində əməliyyat başlayıb.

Yeniçağ.Az