İstanbulun Sultanqazi hissəsində davam edən inşaatda torpaq sürüşməsi baş verib.
Yenicag.az türk mediasına istinadən xəbər verir ki, yerli saatla 15:30-da baş verən bədbəxt hadisə nəticəsində bir nəfər həyatını itirib. Axtarış-xilasetmə qrupu ölən şəxsin 23 yaşlı Cumali Yıldız olduğunu müəyyən edib.
Həyatını itirmiş fəhlənin yaxınları hadisə yerinə gələrək əsəb gərginliyi keçirib.