Türkiyənin İstanbul şəhəri yenə leysan xarakterli yağışa təslim olub.
Yenicag.az yerli mətbuata istinadən xəbər verir ki, güclü leysan və nəticədə küçələrdə yaranan sel nəqliyyatın hərəkətini iflic edib. Bu gün axşam saatlarında daha da şiddətlənən yağış həm də əksər küçələri və yaşayış evlərinin həyətlərini su basması ilə nəticələnib.