İstanbulda yaşamanın aylıq xərci açıqlandı – ŞOK RƏQƏMLƏR

Dünyanın bahalı şəhərləri sırasında yer alan Türkiyənin İstanbul şəhərində yaşamanın aylıq xərci açıqlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə İstanbul Planlaşdırma Agentliyi araşdırma aparıb.

Araşdırmaya görə, İstanbulda 4 nəfərdən ibarət ailənin aylıq xərci 38 828 lirə (2 442 AZN) olaraq hesablanıb.

Bu rəqəm əvvəlki aya nisbətən 9,75 faiz, ötən ilin eyni dövrü ilə müqayisədə isə 40,69 faiz çoxdur.