İstanbulda yaşayış icazələrinin verilməsi dayandırıldı

Türkiyə hakimiyyəti İstanbula miqrasiyanın artması fonunda İstanbulun bütün rayonlarında əcnəbilərə yaşamaq icazəsinin verilməsini dayandırıb.

Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tədbir miqrasiya ilə bağlı vəziyyəti daha ətraflı təhlil etmək və tənzimləmək məqsədi ilə tətbiq edilib.

Eyni zamanda, digər məşhur turizm şəhərləri olan Antalya və Alanyada da yaşayış icazələrinin verilməsi prosesi dəyişməz olaraq davam edir. Hakimiyyət orqanlarının bu qərarı Türkiyədə, xüsusən də ölkənin paytaxtında miqrasiya sahəsində nəzarəti və daha sabit tarazlığı təmin etmək məqsədi daşıyır.

Məsimə