İstanbulda yeni terror təhlükəsi – Beşiktaş mühasirədə

besiktasİstanbulun mərkəzi Beşiktaş rayonu terror təhlükəsi ilə əlaqədar polis kordonu ilə əhatəyə alınıb.

Trend Dogan agentliyinə istinadən xəbər verir ki, ərazidə minalanmış motosikletin olması ehtimal edilir.

Qeyd edək ki, dekabrın 10-da Beşiktaşda baş verən iki partlayışda 44 nəfər ölmüşdü.

 

Yenicag.az