İstanbulun Ambarlı Mardaş Limanında konteyner gəmisi aşıb.
Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Qəzadan sonra yük gəmisində olan 15 heyət təxliyə edilib. Hadisə nəticəsində yüngül xəsarət alan 1 nəfər xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
Balanssız yükləmə nəticəsində aşan gəminin Komor adaları bayrağı altında üzdüyü deyilir.
Xilasetmə işləri liman rəhbərliyinin koordinasiyası ilə davam edir.