İstanbuldakı terror aktından sonra 568 nəfər saxlanılıb

fetoden-tutuklananlaraDekabrın 12-13-də keçirilmiş xüsusi əməliyyat nəticəsində, Türkiyə polisi PKK ilə əməkdaşlıqda şübhəli bilinən 568 nəfəri saxlayıb.

Yenicag.az Trend-ə istinadən xəbər verir ki, əməliyyatlar Ankara, İstanbul, Gaziantep, İzmir, Adana, Antalya, Diyarbəkir də daxil olmaqla Türkiyənin 28 şəhər və əyalətində keçirilib.

Qeyd edək ki, dekabrın 10-da İstanbulun mərkəzində, futbol stadionunda iki güclü partlayış baş verib. Hadisədə 38-i polis olmaqla 44 nəfər ölüb. Hakimiyyət orqanları teraktı təşkil etməkdə PKK-nı ittiham edib.

Yenicag.az

COP29