İstanbul Atatürk hava limanında 45 nəfərin ölümünə səbəb olan terror hadisəsinə görə saxlanılan azərbaycanlının kimliyi açıqlanıb.
Terrordan dərhal sonra saxlanılan 4-ü əcnəbi olmaqla 13 şübhəli haqqında həbs qərarı çıxarılıb.
Şübhəlilər arasında adı keçən azərbaycanlı Elçin B. və digərləri “silahlı terror qruplaşmasına üzv olmaq”, “planlı şəkildə adam öldürməyə yardım etmək”də ittiham ediliblər.(qafqazinfo)