!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbuldakı terrora görə PKK məsuliyyəti öz üzərinə götürdü

!Reklam – Yazi

istanbulterrorPKK terror təşkilatının “Kürdüstan Azadlıq Qırğıları” qolu İstanbulda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

Yenicag.az APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə “Kürdüstan Azadlıq Qırğıları”nın saytında məlumat yerləşdirilib.

Qeyd edək ki, dekabrın 10-da Bakı vaxtı ilə saat 23.29 radələrində İstanbulun mərkəzindəki “Vodafon Arena” futbol stadionu yaxınlığında törədilən iki partlayış nəticəsində 30-u polis əməkdaşı olmaqla, 38 nəfər ölüb, yaralananların sayı isə 155 nəfərə çatıb.

“Kürdüstan Azadlıq Qırğıları” PKK terror təşkilatı tərəfindən formalaşdırılıb. PKK-nın xüsusən böyük şəhərlərdə törətdiyi və beynəlxalq ictimaiyyətin sərt reaksiyalarına səbəb olan terror aktlarına görə məsuliyyət adətən, bu qrup “öz üzərinə götürür”.

Yenicag.az

www.yenicag.az

539
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv