!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İstanbuldakı terroru İŞİD-çi törədib – Davudoğlu

!Reklam – Yazi

77ec9b679a821adc534094ab002b8076İstanbulda 10 nəfərin ölümü, 15 nəfərin yaralanması ilə nəticələnən terror aktını törədən kamikadze İŞİD üzvüdür.

Bu barədə Türkiyənin baş naziri Əhməd Davudoğlu açıqlama verib.

“Biz bilirik ki, terror aktını törədən suriyalı İŞİD-in üzvüdür. Qeyd etmək istəyirəm ki, biz bundan sonra da bu qruplaşma ilə mübarizəni davam etdirəcəyik”, – Davudoğlu deyib.

Baş nazir bəyan edib ki, bu cür cinayətləri törədənlər layiqli cəzalarını alacaqlar.

Qeyd edək ki, yanvarın 12-də yerli vaxtla saat 10:15-də İstanbulun tarixi Sultanəhməd meydanındakı Alman çeşməsinin arxa tərəfində terrorçu kamikadzenin özünü partlatması nəticəsində 10 nəfər ölüb, 15 nəfər yaralanıb.

www.yenicag.az

447
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv