İstanbulun mərkəzində Üzeyirin mahnısı – Pərvin paylaşdı – VİDEO

İstanbulun Eminönü adlanan bölgəsində Üzeyir Mehdizadənin mahnısı səsləndirilib.

Yenicag.az xəbər verir ki, bu barədə aktrisa Pərvin Abıyeva paylaşım edib.

İtaliya, Barcelona səyahətlərinin ardından istirahətini qardaş ölkə Tükiyədə davam etdirən Abıyeva Eminönüdə çəkdiyi videonu “İnstagram” hesabında paylaşıb.

Videoda görünür ki, Üzeyir Mehdizadənin mahnısı tam səslə Eminönü mərkəzində oxudulur.

Həmin videonu təqdim edirik: