İstanbulun sabiq polis rəisi də həbs edildi

157530_res_01 (1)Türkiyənin ən böyük şəhəri – İstanbulun sabiq polis rəisi Hüseyn Çapkın bu gün polis tərəfindən saxlanılıb.

APA-nın verdiyi məlumata görə, H. Çapkın və daha 3 nəfər “Fətullahçı Terror Təşkilatı” (FETÖ) ilə bağlı istintaq çərçivəsində İzmirin Çeşmə rayonunda şübhəli şəxs qismində saxlanılaraq İstanbula aparılıb.

Xatırladaq ki, İstanbulun sabiq valisi Hüseyn Avni Mutlu da həbs olunub.