İstanbulun tarixi Qalata körpüsü 40 gün müddətinə təmirə bağlanacaq.
Yenicag.az xəbər verir ki, mümkün zəlzələlər zamanı körpünün seysmik dayanıqlığının artırılması üçün təmir işləri aparılacaq.
Görülən işlərə baxmayaraq, körpüdən tramvayların gediş-gəlişi təmin ediləcək, avtomobillərin hərəkətinə isə müəyyən məhdudiyyətlər qoyulacaq.