Türkiyənin İstanbul şəhərində həyəcanlı anlar yaşanıb.
Yenicag.az xəbər verir ki, şəhərin 15 İyul Şəhidlər Körpüsündə şübhəli paket tapılıb.
Körpüdə bomba yerləşdirildiyinə dair ehtimallar səbəbindən yerli polis gediş-gəlişi ikitərəfli dayandırıb. Lakin aparılan yoxlamalar nəticəsində paket boş çıxıb. Qısa fasilənin ardından körpüdə avtomobillərin hərəkəti bərpa olunub.