İstefa verən Maradona baş məşqçi vəzifəsinə qaytarıldı

Argentinalı futbol əfsanəsi Dieqo Maradona “Ximnasiya Esqrima” klubundakı fəaliyyətini davam etdirəcək.

Yenicag.az-ın məlumatına görə, üç gün öncə istefa verən 59 yaşlı mütəxəssis baş məşqçi postuna qaytarılıb.

Klub prezidenti Qabriel Pelleqrinonun növbəti seçkilərdə namizədliyini irəli sürməyəcəyindən narahat olan D.Maradona rəhbərliklə narazılığı səbəbindən istefa vermişdi. Lakin bu posta namizədlər Mariano Kouen və Salvador Robustelli seçkilərdən öncə razılaşmaya gediblər.

M.Kouen prezident, S. Ribustelli vitse-prezident olacaq. D.Maradonanı kluba dəvət etmiş Q.Pelleqrino da rəhbərlikdə vəzifə alacaq.

Qeyd edək ki, Argentina yığmasının sabiq futbolçusu və baş məşqçisi bu ilin sentyabrında “Ximnsiya Esqrima” klubunu sükanı arxasına keçib. Buna qədər 5 oyunda 1 xal toplayan komanda sonrakı 8 görüşdə 3 qələbə qazanıb, 5 məğlubiyyət alıb. Komanda Argentina çempionatının 24 iştirakçısı arasında 22-ci pillədədir./Apasport.az/

COP29