Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlaka yararsız qida məhsullarını məhv edib.
AQTA-dan Yenicag.az-a verilən məlumata görə, istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, “Sun Food” MMC-yə məxsus ümumi çəkisi 38.54 ton müxtəlif növ qida məhsulu, “AZ FP CO LTD” MMC-yə məxsus 68 adda 10.275 ton müxtəlif növ süd və süd məhsulu, 5 adda 15.52 ton müxtəlif növ dondurma məhsulu “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.