İstehlaka yararsız qida məhsulları məhv edilib.
Bu barədə Yenicag.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən məlumat verilib.
“Foodini” MMC-nin istehlaka yararsız və istifadə müddəti bitmiş qida məhsullarının məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciəti əsasında, ümumi çəkisi 7,355 ton müxtəlif növ qida məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.