Azərbaycanda istehlaka yararsız 640 kq qida qatqısı məhv edilib.
Bu barədə Yenicag.az-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, istehlaka yararsız və istifadə müddəti bitmiş məhsulların məhv edilməsi ilə bağlı Agentliyə daxil olan müraciət əsasında, “Miras20-İM” MMC-yə məxsus ümumi çəkisi 640 kq qida qatqısı “Təhlükəli Tullantılar” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.