İstehlakçılara 448 milyon manatdan çox ƏDV geri qaytarıldı

Azərbaycanda “ƏDV geri al” layihəsinin tətbiq edildiyi vaxtdan bu il avqustun 1-nə qədər edvgerial.az portalında qeydiyyatdan keçmiş istehlakçılara 1 milyarddan çox kassa çeki üzrə 448,2 milyon manat, bu ilin yanvar-iyul aylarında isə 86,7 milyon manat ƏDV məbləği geri qaytarılıb.

Yenicag.az xəbər verir ki, bu barədə iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Məlumata görə, bu günə qədər alınmış mallara görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması üçün www.edvgerial.az portalında 2,3 milyona yaxın istifadəçi qeydə alınıb.