“İstehsal olunan məhsullar xarici bazarlara da ixrac olunacaq” – Azər Badamov

“İstehsal olunan məhsullar xarici bazarlara da ixrac olunacaq və ölkəmizə əlavə valyuta gətirəcək”

Yenicag.az xəbər verir ki, Millət vəkili Azər Badamov Moderator.az-a açıqlamasında oktyabrın əvvəllərində Qusarda açılması nəzərdə tutulmuş müasir standartlara cavab verən “RUS AZERİ SPİRİTS” araq istehsalı zavodu ilə bağlı fikirlərini bölüşüb.

Qeyd edək ki, “CARÇIOGLU GROUP” MMC-nin nəzdində tikilən “RUS AZERİ SPİRİTS” araq zavodu açılışa tam hazırdır və müəsisədə isethsal olunan yüksək keyfiyyətli məhsulların çoxunun xarici bazarlara çıxarılması nəzərdə tutulur. Zavod tam gücü ilə fəaliyyətə başladıqdan sonra 100 – dən yuxarı yerli sakin işlə təmin olunacaq:

“Ölkəmizin qeyri-neft sektorunun diversifikasiya edilərək inkişaf etdirilməsi dövlət iqtisadi siyasətin təməlində dayanır. Kənd təsərrüfatının, turizmin, İKT-nin, o cümlədən qeyri neft sənayesinin inkişaf etdirilməsi istiqamətində Dövlət Proqramları qəbul olunaraq uğurla həyata keçirilir. Ölkədə sahibkarlığın inkişafı istiqmətində iqtisadi islahatlar həyata keçirilmiş və uğurlu nəticələrini cari ilin 6 ayın iqtisadi göstəricilərinə diqqət yetirdikdə qeyri-neft sektorunun artan payında görürük. Ölkəmizin sənayeləşmə prosesi yüksək temp almış, sənaye parkları və sənaye məhəllələrin sayı artmaqdadır. Həm də regionlarda yeni, müasir texnologiyalara əsaslanan sənaye müəssisələri yaranmaqdadır və bu proses uğurla davam edir. Belə müəsisələr regionların potensialından səmərəli istifadə edilməsinə imkan yaradır. Təbii ki, regionlarda yeyinti sənayesinin inkişaf etdirmək imkanları genişdir. Çünki istehsal olunmuş kənd təsərrüfatı məhsullarının emal edilməsi və əlavə dəyər yaradılaraq yeni məhsulların istehsal edilməsi ölkə təlabatını ödəməklə ixrac yönümlü məhsulların istehsalını şərtləndirir. Regionlarda yeni sənaye müəsisələrin açılması üçün imkanlar genişlənmişdir. Ölkə başçısı cənab İlham Əliyevin sərəncamları ilə regionlarda böyük infrastruktur layihələri icra olunmuş və açılacaq yeni müəssisələr üçün unfrastrukturla təminat imkanları yaradılmışdır. Belə imkanlardan səmərəli istifadə etməklə yaradılan müəssisələrdən biri də Qusar şəhərində oktyabr ayında açılışı nəzərdə tutulan “Rus Azer Spirt” zavodudur. Zavod Qusarda yeni iş yerləri yaradaraq işsizliyin azalmasına töhfə verməklə yanaşı tanınmış adlarda “Made in Azerbaycan” brendi altında yeni məhsullar istehsal edəcək. İstehsal olunan məhsullar ölkə təlabatını ödəməklə bərabər xarici bazarlara da ixrac olunacaq və ölkəmizə əlavə valyuta gətirəcəkdir. Regionlarda belə müəssisələrin açılmasını cənab İlham Əliyevin rəhbərliyi altında sahibkarlığın inkişafına verilən dövlət dəstəyinin göstəricisi kimi qeyd edə bilərəm. Düşünürəm ki, yaxın gələcəkdə regionlarda sənaye müəssisələrinin açılması prosesi sürətlənəcək və ölkə iqtisadiyyatımızın neftdən asılılığı aradan qalxacaq”.

COP29