İstəmədiyi oğlana ərə getməmək üçün intihara cəhd etdi – Azərbaycanda

Ağstafa rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.

Yenica.az “Report”a istinadən xəbər verir ki, rayonun 1997-ci il təvəllüdlü Qıraq Kəsəmən kənd sakini A.Məmmədova dərman içərək özünü öldürməyə cəhd edib.

Zərərçəkmiş yaxınları tərəfindən xəstəxanaya yerləşdirilib və vəziyyəti orta-ağırdır.

Qızın valideynləri onu sevmədiyi oğlana nişanlamaq istədikləri üçün intihara cəhd etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.