“İstərdik ki, Azərbaycanda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın” – İlham Əliyev

Biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın.

Yenicag.az xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev iyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda çıxışında deyib.

Bu sahədə müəyyən dezinformasiyalara rast gəlindiyini vurğulayan dövlətimizin başçısı qeyd edib: “Vaxt keçdikcə Qərbdə siyasi dairələrdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır”.

COP29