“Ölkə ərazisində isti hava şəraiti avqust ayının ortalarına qədər davam edəcək”.
Yenicag.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib.
O bildirib ki, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35-40 dərəcə, bəzi yerlərdə 41-42 dərəcə olacağı gözlənilir:
“Bölgələrdə 37-41 dərəcə, Naxçıvan Muxtar Respublikası (NMR) və aran rayonlarının bəzi yerlərində 42-44 dərəcə, dağlıq rayonlarda isə 29-34 dərəcə isti olacaq”, – o, bildirib.